Abşeron və Qaradağda 17 min manatdan çox oğurluq edən şəxslər saxlanılıb

Abşeron və Qaradağ rayonunda silsilə oğurluq edən şəxslər saxlanılıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Abşeron rayonunda silsilə oğurluq hadisələri qeydə alınıb. Rayon ərazisində yerləşən 4 evdən ümumilikdə 8900 manat pul, 3500 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb. Bu əməlləri törətməkdə şübhəli bilinən 34 yaşlı Ş.Abdullayev və 20 yaşlı Ç.Abdullayev müəyyən olunaraq saxlanılıblar.

Qaradağ rayonunda da analoji hadisə baş verib. İki evdən ümumilikdə 2425 manat, 920 dollar pul vəsaiti və 2655 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən 42 yaşlı M.Mahmudov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə