Nazir tələbə yataqxanasını ziyarət edib

Bu gün təhsil naziri Emin Əmrullayev Gəncə Dövlət Universitetinin tələbə yataqxanasında olub. Təhsil Nazirliyindən SİA-ya verilən məlumata görə, yataqxanada yaradılan şəraitlə tanış olan nazir daha sonra bu il ölkənin müxtəlif ali təhsil müəssisələrinə qəbul olunmuş bir neçə tələbə ilə görüşüb, onlarla söhbət edib. Emin Əmrullayev görüş zamanı tələbələrlə maraqlı fikir mübadiləsi aparıb və onlara uğurlar arzulayıb.

Qeyd edək ki, 1967-ci ildə tikilən yataqxanada 2019-cu ildə başladılan əsaslı təmir işləri 2020-ci ildə yekunlaşıb. Yataqxana 744 tələbənin qalması üçün hər bir şəraitlə tam təmin edilib. Yataqxanada 4 qonaq otağı var. Yataqxana kompleksi yüksək sürətli internetlə təmin olunub. Kompleksdə 3 yaşayış binası, 1 yeməkxana, basketbol meydançası, istirahət zonası var. Hər bir mərtəbədə yaşayış otaqları, mətbəx, sanitar qovşaq, istirahət otağı və akt zalı yerləşir.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...