Şagirdlərin məktəb həyacanı - SORĞU

Bu gün Təhsil Nazirliyinin müvafiq qərarına əsasən ümumtəhsil məktəblərində ibtidai siniflər ilk dərs gününə başlayıb. SİA olaraq bugünkü gün məktəblərdə bununla bağlı sorğu keçirdik. Sorğunu sizə təqdim edirik:

Suraxanı rayonu 279 nömrəli məktəbin direktoru Südabə Abdullayeva: “Bu gün 2021-2022-ci il tədris ili çox möhtəşəm qələbədən sonra başlayıb. Bu gün Qarabağ səfəri ilə biz öz birincilərimizi qarşıladıq. Yəni bizim şagirlərimiz əvvəlkindən fərqli olaraq əzilmədilər, mənəvi əzab çəkmədilər. Artıq tədrisdə də, tərbiyədə də məzmun dəyilmişdir. Yəni əvvəllər biz işğal günlərini yad edirdiksə, indi isə artıq biz işğaldan azad edilmiş bölgələrin hər bir gününə məktəbdaxili karantin qaydalarını gözləməklə möhtəşəm şəkildə hazırlaşırıq. Biz bu münasibətlə öz Ali Baş Komandanımız İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarıq ki, övladlarımız, bu ilki birincilərimiz məktəbə milli mən ruhunda daxil olurlar. Biz bu münasibət ilə "Zəfər guşəsi" hazırlamışıq. Orada Ali Baş Komandanın, qazilərimizin, məktəbimizin şəhidlərinin, Polad Həşimovun şəkillərini qoymaqla şagirdlərimizin vətənpərvər ruhda yetişmələrinə şərait yaratmışıq. Bundan əlavə biz öz ənənəvi zəngimizi dəyişərək, kollektivimizin arzusu ilə məktəb zəngi olaraq Xudayar Yusifzadənin “Vətən yaxşıdır təsnifi”ni zəngə daxil etmişik. Mən bütün Azərbaycan gənclərini, məktəblilərini, pedaqoji kollektivini bu münasibətlə təbrik edirəm. Hamıya xeyirli tədris ili arzulayıram”.

132-134 nömrəli Təhsil Kompleksi 1 c sinfinin şagirdi Ayan Kərimzadə: “Mən bu gün məktəbə başlayıram. Buna görə də, həyacanlı və sevincliyəm. Öz dərslərimi yaxşı oxuyacam. Daim nəsə öyrənməyə çalışacam. Heç vaxt müəllimlərimi incitməyəcəm. Onların sözlərinə qulaq asacam. Tərbiyəm və təhsiliim ilə nümunəvi olmağa çalışacam”.

1-ci sinif şagirdi Günel Səlimova: “Məktəbə başlayacam. Çox oxuyacam. Bircə an kitabdan, dəftərdən arılmayacam. Müəllimlərimin sözünə baxacam. Heç kimi incitməyəcəm. Yeni dostlarımla mehriban olacam".

1-ci sinif şagirdi Rüstəm Quluzadə: “Salam doğma məktəb, ey ana məktəb gəlmişik hamımız yay tətilindən, Sənə gösəl-göyçək xəbərimiz var Qarabağ elindən, azad Şuşadan".

1-ci sinif şagirdi Elnarə Rzazadə: “Körpə ürəklərdə günəştək yanan,

Çətin sınaqlarda məğrur dayanan.

İstəyi, arzusu çağlayan ümman,

Həyatın ən uca sözüdür, müəllim".

1-ci sinif şagirid Yusif Camalov: "Biraz həyacanlıyam. Amma yeni dostlarım olacaq deyə sevincliyəm. Müəlliməmi çox istiyəcəm. Onu icitməyəcəm".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...