Ucqar kənd məktəblərində yeni təhsil modeli: Dərslər distant keçiriləcək? - TƏHSİL EKSPERTİ

Ucqar kənd məktəblərində yeni təhsil modeli: Dərslər distant keçiriləcək? - TƏHSİL EKSPERTİ

Azərbaycanda ucqar kəndlərdə yerləşən, şagird sayı az olan məktəblərdə müəllim çatışmazlığı və bəzi fənlərin tədrisində yaranan çətinliklər təhsilin keyfiyyəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirir. Belə məktəblərdə distant təhsil modelinin tətbiqi dərslərin vaxtında keçirilməsinə, şagirdlərin fənlər üzrə biliklərinin artırılmasına və tədris prosesinin daha səmərəli təşkilinə nə dərəcədə töhfə verə bilər?

Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi SİA-ya açıqlamasında bildirib ki, ucqar kəndlərdə şagird sayı az olan bəzi məktəblərdə artıq distant təhsil modelindən istifadə olunur:

“Şagird sayı az olan bəzi məktəblərdə dərslər faktiki olaraq məsafədən keçirilir. Bu yanaşma təhsildə fasilələrin yaranmasının qarşısını alır və şagirdlərə konkret fənlər üzrə biliklərin çatdırılmasını təmin edir. Ucqar kəndlərdə dərs saatlarının az olması müəllimlərin həmin ərazilərdə işləməyə marağını azaldan amillərdən biridir. Nəticədə bəzi fənlər üzrə dərslərin təşkili çətinləşir, hətta müəyyən hallarda dərslər boş keçir. Distant təhsil bu problemin həllinə kömək edə bilər. Belə ki, məsafədən tədris vasitəsilə dərslərin müəyyən olunmuş vaxtda və müvafiq fənn üzrə keçirilməsi mümkün olur. Bu isə həm tədrisin davamlılığına, həm də təhsil prosesinin səmərəliliyinə müsbət təsir göstərir. Qarşıdakı dövrdə şagird sayı az olan digər məktəblərdə və siniflərdə də bu modelin tətbiqi gündəmə gələ bilər".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə