Ulu Öndərə həsr olunan beynəlxalq konfransa tezis qəbulu aparılır

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu və İraq Respublikası Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və müasir Şərq” mövzusunda keçiriləcək beynəlxalq elmi konfransa məqalə qəbul edilir. Şərqşünaslıq İnstitutundan SİA-ya bildirilib ki, konfransda iştirak etmək istəyənlər tezisləri Azərbaycan, türk, ingilis, rus və ərəb dillərində aprelin 5-dək h.aliyev100@mail.ru ünvanına göndərə bilərlər. Qəbul olunan tezislər aprelin 12-də elan ediləcək.

Xatırladaq ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən beynəlxalq elmi konfrans mayın 3-4-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə