"TANAP ölkəmizə böyük dividentlər gətirəcək" ÖZƏL-MÜNASİBƏT

"Ümumiyyətlə miqyasına və əhəmiyyətinə görə hesab edirəm ki, TANAP Avropanın ən böyük infrastruktur layihələrindən biridir. Çünki bu layihənin gerçəkləşməsi artıq Azərbaycan karbohidrogen ehtiyatlarının, Azərbaycan qazının dünyaya çıxarılmasının əsas mərhələsidir". Bunu SİA-ya açıqlamasında millət vəkili İlham Məmmədov deyib.

"Biz bilirik ki, TANAP layihəsi həyata keçirilən layihələrin dörd mərhələsindən biridir. TANAP-ın artıq işə düşməsi tezliklə TAP layihəsinin də işə düşməsinə şərait yaradacaqdır. Nəzərə alaq ki, əgər cənab Prezidentimizin iradəsi, səyi, cəsarəti və Türkiyə dövlətinin Azərbaycanla qardaşlıq münasibətləri o səviyyədə yüksək inkişaf etməsəydi, təbii ki, TANAP vasitəsilə Azərbaycan qazının Avropaya çıxması çox mümkünsüz bir hal idi. 39 milyard dollara başa gələn TANAP bildiyimiz kimi bu layihələrin ən mükəmməllərindən biridir. Artıq Türkiyə bazarı Azərbaycan qazı ilə təchiz olunacaq və eyni zamanda Avropanın qaz təchizatında da öz töhfəsini verəcəkdir. Bu gün Azərbaycanın gələcəyinə, millətimizin gələcək sosial inkişafına təsir edən amillərdən biridir. Bu layihə ölkəmizə böyük dividentlər gətirəcəkdir"-deyə, deputat fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...