Neftin qiyməti bahalaşıb

Dolların evro qarşısında dəyər itirməsi nəticəsində dünya bazarında neftin qiyməti yenə artıb. SİA-nın məlumatına görə, Nyu-York əmtəə birjası NYMEX-də WTI markalı neftin noyabr fyuçerslərinə görə qiyməti bir barelə görə 0,53 dollar artaraq 81,96 dollar olub. London əmtəə birjasında isə ICE Futures-də Brent Crude Oil markalı neftin qiyməti isə 0,21 dollar artaraq 83,36 dollar təşkil edib.

Dekabr fyuçerslərinə görə isə WTI markalı neftin bir barelə görə qiyməti 0,75 dollar azalaraq 81,43 dollar olaraq müəyyənləşib. London əmtəə birjasında da vəziyyət eyni şəkildədir. ICE Futures-də Brent Crude Oil markalı neftin qiyməti bir barelə görə 0,44 dollar azalaraq 83,15 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə