Bakıda İdman Akademiyasının keçmiş prorektorunun iştirakı ilə yeni şirkət yaradılıb

Bakıda İdman Akademiyasının keçmiş prorektorunun iştirakı ilə yeni şirkət yaradılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Türkan İdman Zalı" MMC-ni dövlət qeydiyyatına alıb.

SİA xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 13-cü Türkan küçəsi, ev 9, nizamnamə kapitalı 3 milyon 106 min 573 manat, qanuni təmsilçisi isə Yusif Məmməd oğlu Babanlıdır.

O, 2010-2016-cı və 2018-2021-ci illərdə Azərbaycan İdman Akademiyasının prorektoru olub, 2019-2025-ci illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) Yayım Şurasının üzvü kimi fəaliyyət göstərib.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə