Avropada təbii qazın qiyməti "əl yandırır"

Avropada təbii qazın qiyməti "əl yandırır"

Avropada təbii qazın qiyməti mart ayından bəri ən yüksək səviyyəyə çatıb. “Şpiqel” nəşrinin yazdığına görə, Niderlandın TTF habında qaz fyuçersinin qiyməti meqavat/saat üçün 64,60 avro təşkil edib. Bu, martın ortalarından bəri qeydə alınan ən yüksək göstəricidir.

Son iki həftədə qazın qiyməti 20 faizdən çox artıb. İran Hörmüz boğazının açılması üçün ABŞ ilə iyunun ortalarında imzalanmış çərçivə sazişinin icrasını tələb edir.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə