Rusiya bazarına tədarükün bərpasının şərtləri Ermənistandan ölkəmizə gətirilən kənd təsərrüfatı məhsullarının təhlükəsizliyinin təmin edilməsi, onlara dair məcburi tələblərin yerinə yetirilməsidir. "İnterfaks"ın yaydığı məlumata görə, bu barədə Rusiyanın Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
"Kənd təsərrüfatı məhsullarının təhlükəsizliyinin təmin edilməsi, o cümlədən Ermənistan istehsalçılarının öz xammalından istifadə etməsi, pestisidlərə nəzarət, tədarükün izlənilməsi və digər məcburi tələblər hazırda məhdudiyyətlərin tətbiq olunduğu malların idxalının bərpası üçün ən mühüm şərtdir", - məlumatda vurğulanıb.
Qeyd olunub ki, bu məsələ Almatıda Avrasiya İqtisadi İttifaqının Aqrar-Sənaye Siyasəti Şurasının VII iclası çərçivəsində baş tutan, Rusiya Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Oksana Lut ilə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan arasında keçirilən görüşdə müzakirə edilib.
Ermənistandan gətirilən məhsulların keyfiyyəti və təhlükəsizliyinə dair iradlara görə, "Rosselxoznadzor" mayın 22-dən güllərin, mayın 30-dan təzə pomidor, xiyar, bibər, göyərti bitkilərinin və çiyələyin, iyunun 2-dən çəyirdəkli meyvə bitkilərinin və təzə üzümün, iyunun 3-dən tumlu meyvə bitkilərinin tədarükünə, iyunun 12-dən isə bütün karantin altındakı məhsulların idxalına qadağa qoyub. Bundan əlavə, iyunun 2-dən Rusiyaya ixrac üçün nəzərdə tutulan diri balıq və balıq məhsullarının sertifikatlaşdırılması dayandırılıb, iyulun 27-dən isə süd məhsullarının idxalı məhdudlaşdırılıb.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
“Tanrım, bizi belə dostlardan qoru”...
Dünya 18:27Allahşükür Paşazadə Moskvada Patriarx Kirillə görüşüb
Siyasət 17:50Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Sosial 17:23Jıva Tünzalə Ağayevanın bəstəsini ifa etdi
Şou-Biznes 17:13Ukraynada mənzil qiymətləri 20%-dən çox artıb
Dünya 16:21Yeni Konstitusiya Ermənistanı dəyişəcəkmi? - RAKURS
Siyasət 16:19Azərbaycanda elektroenergetika sahəsində komissiya yaradılıb
İqtisadiyyat 16:01Nar Oyun Mərkəzində oyna, smartfon qazan!
Texnologiya 15:19Bakıda yeni uşaq bağçası istifadəyə verilib
Təhsil 14:41Barbra Streisand Trampı sərt tənqid etdi…
Dünya 13:40Sabah Azərbaycanda 20 dərəcə isti olacaq
Sosial 12:35Paşinyan “topu” erməni xalqına atdı...
Siyasət 12:12Günəş, Ay piramidaları və çəyirtkə qurusu
Mədəniyyət 11:58Növbələrdə itən saatlar - KÖŞƏ
Sosial 11:00Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır
İqtisadiyyat 10:45Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Hadisə 10:41Birjalarda neft bahalaşıb
İqtisadiyyat 10:25Astarada 10 kiloqramdan artıq narkotik aşkarlanıb
Hadisə 10:24Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:22Dahi bəstəkar Üzeyir Hacıbəylinin anım günüdür
Mədəniyyət 09:51Ümumtəhsil müəssisələrində payız tətili başa çatıb
Təhsil 09:40Dönər almaq üçün tələsirdi, maşın vurub öldürdü..
Hadisə 03:22Hollivud ulduzu rəsmən milyarder oldu - 7 milyard dolları var!
Şou-Biznes 03:05Qazax sakini Kürdə batıb
Hadisə 02:22Alyona Əliyeva sərgi açılışında iştirak edib
Mədəniyyət 01:0377 yaşlı Sumqayıt - şəhərdə atəşfəşanlıq olub
Sosial 00:23Ulduz müğənni təbilçiyə ərə getdi...
Şou-Biznes 22 Noyabr 23:22Sabah Bakının bu rayonunda qaz olmayacaq - XƏBƏRDARLIQ
Sosial 22 Noyabr 23:03Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,8669
+0,02%
-
GBP
2,2284
+0,00%
-
RUB
2,0809
+0,35%



