Yarım ildə KOB evlərində biznes subyektlərinə 234 mindən çox xidmət təqdim olunub
Cari ilin yanvar-iyun aylarında KOB evlərində sahibkarlara daha çox Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (129 min 698 xidmət), “Azərpoçt” MMC (46 min 20 xidmət), Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (29 min 867 xidmət), Dövlət Gömrük Komitəsi (14 min 481 xidmət) və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (13 min 962 xidmət) tərəfindən dövlət-biznes (G2B) xidmətləri göstərilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) SİA-ya bildirilib ki, ümumilikdə cari ilin birinci yarısında bu beş qurum tərəfindən KOB evlərində biznes subyektlərinə 234 mindən çox xidmət təqdim edilib.
Sahibkarlar adıçəkilən qurumlara yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, poçt göndərişləri, mənşə sertifikatı, vergi və gömrük məsələləri, müxtəlif icazə sənədlərinin verilməsi ilə bağlı müraciət ediblər.
Qeyd edək ki, bu ilin yanvar-iyun ayları ərzində KOB evlərində (Bakı, Gəncə, Xaçmaz, Yevlax və Şuşa şəhərləri) sahibkarlara ümumilikdə 312 min 365 xidmət göstərilib, bunlardan 271 min 996-sı G2B, 40 min 369-u B2B xidmətlər olub. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin strukturuna daxil olan KOB evlərində sahibkarlara biznesə başlamaq və biznesi inkişaf etdirmək üçün ümumilikdə 50-yə yaxın dövlət və özəl qurum tərəfindən 400-dən çox xidmət göstərilir.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB