Mərkəzi Bank “Modenis” MMC-nin ödəniş təşkilatı lisenziyasını ləğv edib

Mərkəzi Bank “Modenis” MMC-nin ödəniş təşkilatı lisenziyasını ləğv edib

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 2026-cı il 4 avqust tarixli qərarı ilə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “Modenis” Məhdud Məsuliyyətli Cəmiyyətinin ödəniş təşkilatı lisenziyası ləğv edilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, AMB-dən bildirilib ki, “Mpay” Məhdud Məsuliyyətli Cəmiyyəti “Modenis” MMC-nin ona qoşulması yolu ilə yenidən təşkil edilib və onun hüquqi varisidir.

Bütün xəbərlər Facebook səhifəmizdə