Azərbaycan Mərkəzi Bankı "Threat Intelligence" platforması satın alacaq. SİA xəbər verir ki, platformanın 485 min manata başa gələcəyi ehtimal olunur.
"Threat Intelligence" kibertəhlükəsizlik sahəsində istifadə olunan, təşkilatlara mövcud və potensial kiber təhdidlər barədə məlumat toplayan, təhlil edən, əlaqələndirən və paylaşan proqram və ya sistemdir. Platforma hücumçuların niyyətlərini, metodlarını və istifadə etdikləri vasitələri əvvəlcədən müəyyən etməyə kömək edir.
Satınalmada məqsəd təhlükəni baş verməmişdən öncə görmək və ona qarşı qabaqlayıcı tədbir görməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə