Dünya Bankı Tacikistanda islahatların dəstəklənməsinə 50 milyon dollar ayıracaq

Dünya Bankının Direktorlar Şurası "Dayanıqlı inkişaf siyasətinin dəstəklənməsi - Rəqabətli və inklüziv Tacikistan" proqramının həyata keçirilməsini təsdiqləyib. Bu barədə SİA Tacikistanın Maliyyə Nazirliyinə istinadən məlumat verib.

Beynəlxalq İnkişaf Assosiasiyası (IDA) proqramın həyata keçirilməsinə 50 milyon ABŞ dolları məbləğində qrant ayırıb.

Layihə iqtisadiyyatda rəqabətin genişləndirilməsi, özəl sektorun inkişafı üçün şəraitin yaradılması, həmçinin xidmətlərin keyfiyyətinin və əlçatanlığının artırılması məqsədilə dövlət sektorunun gücləndirilməsi sahəsindəTacikistan hökumətinin həyata keçirdiyi islahatların dəstəklənməsinə yönəlib.

Təşəbbüs 2030-cu ilə qədər olan dövr üçün Milli İnkişaf Strategiyasında müəyyən edilmiş prioritet istiqamətləri əhatə edir və gözlənildiyi kimi, ölkənin rəqabətqabiliyyətli, inklüziv və dayanıqlı iqtisadiyyatının formalaşmasına töhfə verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə