Azərbaycan Mərkəzi Bankı üç kredit ittifaqına icrası məcburi göstəriş verib
Azərbaycan Mərkəzi Bankı (AMB) "Hacıoğlu", "Stumul" və "İnci Kredo" kredit ittifaqlarına icrası məcburi göstəriş verib. SİA bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, “Hacıoğlu Kredit İttifaqı” MMC 2025-ci ilin II rübünə hesabatları təqdim etmədiyindən “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələbi təmin olunmayıb, odur ki, “Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü yarımbəndinin tələbləri rəhbər tutularaq, kredit təşkilatına bu hesabatların təxirəsalınmadan və növbəti dövrlərdə vaxtında təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.
“Stimul” Kredit İttifaqı MMC isə 2025-ci ilin II rübü üzrə hesabatları “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələblərini pozaraq gecikmə ilə təqdim edib, odur ki, “Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü yarımbəndinin tələbləri rəhbər tutularaq, kredit təşkilatına bu hesabatların qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.
“İnci Kredo” Kredit İttifaqı MMC isə 2025-ci ilin II rübü üzrə hesabatları “Kredit ittifaqlarının prudensial tənzimlənməsi Qaydaları”nın 10.3-cü bəndinin tələblərini pozaraq gecikmə ilə təqdim edib, odur ki, “Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası”nın 4.4.4-cü yarımbəndinin tələbləri rəhbər tutularaq, kredit təşkilatına bu hesabatların qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə