Hacıqabul Sənaye Parkında məhsul istehsalı 55 faizdən çox artıb

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Hacıqabul Sənaye Parkında investisiya həcmi 186 milyon manatdan çox olan 13 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib. İZİA-dan SİA-ya bildirilib ki, sahibkarlar tərəfindən Sənaye Parkına 64 milyon manat investisiya yatırılıb, 576 nəfərlik daimi iş yeri yaradılıb.

Hacıqabul Sənaye Parkı ölkəmizdə investisiya mühitinin yaxşılaşdırılması ilə yanaşı, qeyri-neft sənayesi məhsullarının istehsalında və ixracında əhəmiyyətli rol oynayır. Belə ki, Sənaye Parkında indiyədək sahibkarlar tərəfindən 345,6 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 5,4 milyon manatlıq hissəsi ixracın payına düşür.

Həmçinin cari ilin I yarısında Sənaye Parkında 65,6 milyon manatlıq məhsul istehsal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə təqribən 55 faiz çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə