Dünya bazarında neftin qiymətləri avqustun 7-si ardıcıl keçirilən beş ticarət sessiyasından sonra 1 % artıb. SİA xəbər verir ki, bunu, ticarət məlumatları sübut edir.
“Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 0,84 % artaraq 1 barel üçün 67,45 ABŞ dolları, WTI markalı neftin sentyabr fyuçerslərinin qiyməti isə 0,95 % artaraq 1 barel üçün 64,96 ABŞ dolları təşkil edib.
Əvvəlki beş ticarət gününün yekunları üzrə, “Brent” və WTI 9,2 % ucuzlaşıb.
Treyderlər ABŞ Prezidenti Donald Trampın ölkənin ticarət siyasəti və həmçinin geosiyasi hadisələrlə bağlı bəyanatlarını izləməyə davam edirlər. Tramp avqustan 6-sı Hindistanın Rusiyadan neft alması səbəbindən bu ölkədən idxala 25 % əlavə rüsum tətbiq edilməsi haqqında fərman imzalayıb. O, həmçinin bildirib ki, ABŞ Çinə qarşı yeni rüsumlar tətbiq edə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə