”AJET” aviaşirkətinin Bakı–İstanbul reysi texniki səbəbdən təxirə salınıb

Avqust 6-da nəzərdə tutulan “AJET” aviaşirkətinin icra etdiyi TKJ-178 nömrəli Bakı–İstanbul (SAW) reysi texniki səbəbdən təxirə salınıb.

SİA-nın məlumatına görə, Beynəlxalq hava limanından bildirilib ki, təhlükəsizlik məqsədilə sərnişinlər təyyarədən endirilərək gözləmək üçün terminala yönləndirilib. Hazırda onların aviaşirkət tərəfindən otellərə yerləşdirilməsi və digər zəruri prosedurlar həyata keçirilir.

Sözügedən reysin avqustun 7-də həyata keçirilməsi nəzərdə tutulur.

Heydər Əliyev Beynəlxalq Aeroportu bütün sərnişinlərə yalnız aviaşirkətin rəsmi nümayəndəliyinə və əlaqə kanallarına müraciət etməyi tövsiyə edir. Uçuşun yeni vaxtı, aviabiletlərlə bağlı dəyişikliklər və digər məsələlərlə bağlı məlumatlar birbaşa aviaşirkət tərəfindən təqdim olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə