Azərbaycanda I yarımildə haqsız rəqabətə dair müraciətlər 2 dəfəyə yaxın artıb

Bu ilin I yarısında Azərbaycanda bazar subyektlərinin haqsız rəqabət hallarına yol verməsi ilə bağlı Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə 131 müraciət daxil olub. Bu barədə SİA agentliyə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 70 % və yaxud 2 dəfəyə yaxın çoxdur.

"Bazar iqtisadiyyatının dayanıqlı inkişafı üçün ədalətli #rəqabət mühitinin formalaşması əsas şərtlərdəndir. Bu mühitin qorunması sahibkarlıq subyektlərinin öz fəaliyyətlərində qanunvericiliyin tələblərinə əməl etməsi və nəzarət mexanizmlərinin səmərəliliyi ilə mümkün olur", - deyə məlumatda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə