Dünya enerji bazarlarında neftin qiyməti 73 dollara yaxınlaşıb. SİA xəbər verir ki, Nyu-Yorkun NYMEX birjasında sentyabr fyuçersləri üzrə WTI markalı xam neftin bir bareli 0,03 ABŞ dolları və ya 0,04% artaraq 69,24 dollara bərabər olub.
Londonun ICE birjasında isə Brent markalı neftin sentyabr fyuçersləri isə 0,12 dollar və ya 0,17% bahalaşaraq 72,63 dollar təşkil edib.
Qiymətlərdəki bu cüzi artım FED-in faiz qərarı öncəsi bazarlarda ehtiyatlı optimizmlə və qlobal tədarükdə ciddi dəyişiklik gözlənilməməsi ilə əlaqələndirilir. Analitiklər qeyd edirlər ki, neft qiymətləri son günlər əsasən dar diapazonda ticarət olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə