Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti yüksəlib. SİA xəbər verir ki, “Brent”in 2025-ci ilin oktyabr fyuçerslərinin qiyməti 23 iyun 2025-ci ildən bəri ilk dəfə bir barel üçün 73 dolları ötüb və 3%-dən çox artıb. Bakı vaxtı ilə saat 22:53-ə olan birja məlumatlarına əsasən, “Brent” markalı neftin qiyməti 3,78% artaraq 73,06 dollar/barelə çatıb. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 4,35% artaraq bir barel üçün 69,51 dollar olub.
Bütün xəbərlər Facebook səhifəmizdə