Binəqədidə də qaz kəsiləcək

Binəqədi rayonu ərazisində görüləcək təmir işləri ilə əlaqədar 30.07.2025-ci il tarixdə saat 09:00-dan etibarən qaz təchizatı dayandırlacaq. Bu barədə SİA-ya “Azəriqaz” İB-dən məlumat verilib. Qaz təchizatı dayandırılan müddətdə Binəqədi şosesinin, M.Ə.Rəsulzadə qəsəbəsinin, Biləcəri qəsəbəsində Ordubadi küçəsinin bir hissəsinin, Baksol yaşayış massivinin, 1-ci, 2-ci və 3-cü Mədən ərazilərinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə