KOBİA-nın mətbuat konfransı keçirilib - YENİLƏNİB/ FOTOLAR

Bu gün Bakı KOB evində Türk Dövlətlərinin iş dünyasının ən böyük görüşü olan "II. Türk Ticarət Sərgisi - Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisinin mətbuat konfransı keçirilib. SİA xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirməklə başlayıb. Daha sonra media nümayəndələri və qonaqlara mövzu ilə bağlı videoçarx izlədilib.

"II Türk Ticarət Sərgisi - Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və Sərgisi" 10-12 iyun 2025-ci il tarixlərində Kiçik və Orta biznesin İnkişafı Agentliyi (KOBİA), İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin ( İİTKM) tərəfdaçlığı, Kiçik və Orta Biznesin Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) VƏ ROK Expo şirkətinin təçkilatçılığı ilə Baku Expo Mərkəzində keçiriləcək.

Qeyd edək ki, Türk Ticarət Sərgisinin ilki Türkiyə Ticarət Nazirliyi himayəsində, Türk Dövlətləri Təşkilatı - Türk Ticarət və Sənaye Palataları Birliyi əməkdaşıyla, Rok EXPO şirkətinin təşkilatçılığıyla 7-9 noyabr 2024-cü il tarixlərində İstanbul Sərgi Mərkəzində təşkil edilmişdir.

Türk Ticarət Sərgisi Türk Dövlətləri arasında ticarət, sənaye, investisiya, texnologiya və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi və bu xidmətlərin dünyadakı digər yerlərdə marketinqini təmin etmək məqsədi daşıyan 8 ölkənin ortaq qurduğu ən böyük görüş və olan sərgi və forumdur.

Sərgidə:

20-dən çox sahədə məhsul qrupları və yeni texnologiyalar sərgilənəcək.

Ölkələrin investisiya imkanları, mütəxəssislər tərəfindən təqdim olunacaq və iş adamlarının problemləri, həlli təklifləri və digər aktual məsələlər ekspert müzakirələri ilə əhatə olunacaq.

İkitərəfli (B2B) və franchise görüşləri ilə şirkətlərin strateji tərəfdaşlıqları inkişaf etdiriləcək və türk dövlətlərinin ortaq brendləri yaradılacaqdır.

Sərgidə 11 ölkə iştirakçı kimi, 20-dən çox ölkə isə ziyarətçi kimi iştirak edəcəkdir.

Tədbirdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport.az portalının rəhbəri Ayxan Qədəşov, Kiçik və Orta Biznesin Subyektləri və Klubunun Assosiasiyası (KOBSKA) İdarə Heyətinin sədri Ramin Şərifov, Türk Ticarət Sərgisi təşkilatçısı və ROK şirkətinin təsisçisi Aygün Əliyeva çıxışlarında "II Türk Ticarət Sərgisi" haqqında ətraflı məlumat verdilər.

Türk Ticarət Sərgisi təşkilatçısı və ROK şirkətinin təsisçisi Aygün Əliyeva çıxışında qeyd edib ki, Türk Dövlətləri Təşkilatı ölkələrimiz arasında əməkdaşlığı gücləndirmək, dünya miqyasında rəqabət üstünlüyü əldə etmək üçün mühüm addımlar atıb. Biz çoxsahəli əməkdaşlığımızı xarici siyasət, enerji, yaşıl iqtisadiyyat, turizm, rəqəmsallaşma və hətta kosmik tədqiqatlara qədər 35 müxtəlif sahəyə genişləndirdik. Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın fundamental və dinamik aspektidir.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə