Un niyə bahalaşıb? - İQTİSADÇI AYDINLIQ GƏTİRDİ

Azərbaycanda unun son topdansatış qiymətləri açıqlanıb. Fevralın 10-na Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 27-28,2 manat, o cümlədən Bakı şəhəri və Abşeron rayonunda 26,9-27,3 manat civarında dəyişib. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti məlumat yayıb. “Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 27,1 manat olmaqla Sumqayıt şəhərində, ən yüksək topdansatış qiyməti 28,2 manat olmaqla Gəncə şəhərində qeydə alınıb”, – deyə məlumatda qeyd olunub. Mövzu ilə bağlı iqtisadçı ekspert Akif Nəsirlinin fikirlərini öyrəndik.

Onun sözlərinə görə, hazırda dünyada baş verən proseslər əksər məhsulların sürətlə bahalaşmasına səbəb olur: “Bu təsirlərə ən çox məruz qalan məhsullardan biri də taxıldır.

Mən hesab edirəm ki, unun bahalaşmasının maya dəyəri ilə heç bir bağlılığı yoxdur. Yəni dünya bazarında un bahalaşmayıb. Azərbaycan daxilində də buğdanın qiyməti sabitdir. Unun isə xammalı buğdadır”.

Akif Nəsirli sözlərinə belə davam edib: “Bu bahalaşmanın səbəbi ötən bayram günləri ilə bağlı ola bilər. Bildiyimiz kimi ölkədə iqtisadiyyat inhisarçıdır. Dövriyyəsi artan məhsulların qiyməti də yüksəlir.

Ötən Novruz və Ramazan bayramlarında çoxlu şirniyyat istehlak olundu və onların əsas xammalı undur. Bu səbəbdən ölkədə unun dövriyyəsi və satışı artdı. Bunun nəticəsində unun qiyməti yüksəldi. Hesab edirəm ki, yaxın günlərdə unun qiyməti əvvəlki səviyyəsinə qayıdacaq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə