“Bahalaşan qızılın dövriyyəyə girməsi vacibdir” - EKSPERT AÇIQLADI

“Ötən ilin birinci yarısından başlayaraq dünyada qızılın qiyməti bahalaşmağa başlayıb. Yanvar ayından, sonra bahalaşmada sabitlik yaranıb. Hazırda dünya bazarında ucuzlaşma yoxdur, sabitləşmə var. Dünya iqtisadiyyatında böhran siqnallarının eşidilməsi özünü göstərir. Dünyada böhran gözləniləndə onu ən çox adi sahibkarlar hiss edir. Ona görə də qızılın bahalaşması çox ciddi indikatordur. Dünyada böhran gözlənildiyini hiss elədiklərinə görə, ən etibarlı dəfnə vasitəsi olaraq, kapitalın qızıla yönəldilməsi prosesi baş verir”. Bu sözləri iqtisadçı ekspert Akif Nəsirli SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, geosiyasi proseslərdə bir qədər dəyişikliklər yarandı: “Donald Trampın hakimiyyətə gəlməsi və onun dünyaya verdiyi mesajlar bir qədər böhran gözləntilərini səngitdi. Bir aydan çoxdur ki, Tramp səlahiyyətlərini icra edir. Bu səlahiyyətləri icra etdiyi dövrdə belə təsəvvür yaranıb ki, Tramp dünyada radikal dəyişikliklər etməyə qadir siyasətçi deyil.

Hesab edirəm ki, Tramp hakimiyyətinin yüz günündən sonra dünyada böhran gözlənilməsi əsası ilə qızılın bahalaşması davam edəcək. Tramp verdiyi mesajlara adekvat addım ata bilmədi. Dünya bazarında biri var dəfnə kimi saxlanılan qızıl, biri də var zinət əşyaları. Hesab edirəm ki, zinət kimi istifadə olunan qızıl bazarında müəyyən sabitlik var. Bahalaşma bazara uzun müddətdən sonra təsir göstərəcək. Bahalaşan qızılın dövriyyəyə girməsi vacibdir. Dünya bazarında mübadilə edilən qızılla zinət qızılının əyarında xeyli fərqlər var. Zinət qızılı daha ucuz başa gəlir. Hazırda Azərbaycan bazarında zinət olaraq sabitlik müşahidə olunur”.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə