Azərbaycan və İsrail “yaşıl enerji” layihələrini müzakirə edib

Azərbaycan və İsrail arasında enerji əməkdaşlığı müzakirə edilib. SİA Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr energetika naziri Pərviz Şahbazov ilə İsrailin regional əməkdaşlıq naziri David Amsalemin rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə aparılıb.

Görüşdə iki ölkə münasibətlərində enerji sahəsində, o cümlədən karbohidrogen sektorunda əməkdaşlıqdan məmnunluq ifadə edilib. Bu xüsusda, neft təchizatı, neft-kimya məhsullarının ticarəti və daunstrim layihələrində uzunillik əməkdaşlıq əlaqələri qeyd edilib, perspektivlər nəzərdən keçirilib.

Həmçinin Azərbaycanın hazırda ölkənin enerji balansında bərpa olunan enerjinin payının artırılmasına, bu enerji növünün də regionlararası “yaşıl enerji dəhliz”lərinin yaradılması ilə tədarükünə yönəlmiş layihələrindən danışılıb. “Yaşıl enerji”, eləcə də digər perspektivli sahələrdə əlaqələrin inkişafı üçün imkanlar dəyərləndirilib, dövlət-özəl sektorunun bu prosesə cəlbinin əhəmiyyətindən bəhs edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə