"Yol infrastrukturu turizmin də inkişafına öz dəstəyini göstərir" - İQTİSADÇI DANIŞDI

"Ümumiyyətlə, bütün ölkə boyu infrastruktur iqtisadiyyatın təşəkkül tapmasında son dərəcə vacibdir. Eyni zamanda yol infrastrukturu da iqtisadiyyatın inkişafına müsbət təsir göstərir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.

İqtisadçı sözlərinə davam edərək bildirib ki, işğaldan azad olunmuş ərazilərdə çox böyük həcmdə görülən işlərlə yanaşı, digər bölgələrin də yaddan çıxarılmaması, vaxtaşırı olaraq müxtəlif bölgələrdə yol infrastrukturuna vəsaitin ayrılması və nəticədə yenidən qurulması təqdirəlayiq bir haldır: "Bu, həm yerli sakinlər, həm də orada fəaliyyət göstərən sahibkarlar üçün çox önəmlidir. Yol infrastrukturunun inkişafı həm logistik fəaliyyətin səmərəli təşkilində, məhsulun maya dəyərinin formalaşmasında, əlçatanlığın təmin olunmasında vacib rol oynayır, həm də bölgələrdən asılı olaraq yol infrastrukturu turizmin də inkişafına öz dəstəyini göstərir".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə