"Yeni avtomobil yollarının salınması regionların inkişafına töhfə verir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycanda yol infrastrukturunun daha da inkişaf etdirilməsi əsas prioritetlərdəndir. Yeni avtomobil yollarının salınması, eyni zamanda əsaslı təmiri regionların inkişafı baxımından vacibdir. Bu bir tərəfdən vətəndaşlarımızın həmin yollardan istifadə etməsinə, rahat və daha tez mənzil başına çatmasına, digər tərəfdən bütövlükdə iqtisadiyyatın inkişafına töhfə verir. Çünki yollar iqtisadi layihələrdir". Bu sözləri SİA-ya millət vəkili Vüqar Bayramov deyib.

Deputat sözlərinə davam edərək bildirib ki, yolların yenidən qurulması həm də həmin bölgələrə sərmayə cəlbinə şərait yaradır: "Yolun tikinti və təmiri işlərinə vəsaitin ayrılması nəqliyyat və logistikaya sərmayənin cəlb edilməsi baxımından önəmli bir addımdır. Ona görə də Azərbaycan Prezidenti tərəfindən imzalanan son sərəncamlar praktik olaraq həmin bölgələrin iqtisadi inkişafına dəstək olmaqla yanaşı, həm də biznesin inkişafı üçün yeni imkanlar yaradır".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə