Bayramlarda qiymət artımının SƏBƏBİ NƏDİR? - İQTİSADÇI AYDINLIQ GƏTİRDİ
“Bayramda qiymətlərin bahalaşması bir neçə amillə əlaqədardır. Bildiyiniz kimi, bizim bayram adət-ənənələrimiz süfrələrimizi daha zəngin, çox çeşidli və bol olmasını özündə ehtiva edir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eyyub Kərimli deyib.
Onun sözlərinə görə, bu da insanları daha çox ərzaq, qida məhsulları əldə etməyə vadar edir: “Bu baxımdan insanların bazara üz tutmasına tələb yaranır. Hesab edirəm ki, bəzi ticarətçilər çox vaxt bundan sui-istifadə edərək qiymətləri süni şəkildə qaldırır. Çünki bəzən bu qiymət artımının heç bir əsası olmur. Digər tərəfdən qiymətlərin bahalaşmasına mövsümi məsələlər də təsir göstərir. Hazırda mövsümün elə bir vaxtıdır ki, yeni meyvə-tərəvəzlər bitmir, köhnələr də tükənmək üzrədir. Bu da qiymətin artmasına gətirib çıxarır.
Eyni zamanda qeyd etmək lazımdır ki, bizim bəzi ərzaqlarımız xaricdən idxal olunur. Bunlara quru meyvələr, ekzotik meyvələr də daxildir. Mövsümlə əlaqədar olaraq xarici ölkələrdə də bu ərzaqların qiyməti qalxıb. Xaricdəki bu qiymət artımı bizim ölkədə məhsulların qiymətinə də təsir göstərir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB