"Azəristiliktəchizat" ASC gücləndirilmiş iş rejiminə keçdi

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı günlərində abonentlərin keyfiyyətli və dayanıqlı istiliklə təchiz təmin etmək məqsədilə qazanxalarda və istilik məntəqələrində müvafiq tədbirlər həyata keçirilib.

Bununla əlaqədar İstilik sistemləri istismar sahələrinin rəhbərlərinə, eləcə də sahə rəisləri və qazanxana əməliyyatçılarına təlimat göndərilib. Müvafiq struktur bölmələri xidmətlər üzrə baş verə biləcək problemlərin aradan qaldırılması üçün tam hazır vəziyyətə gətirilib.

Vətəndaşlar yaranan problemlə bağlı "Azəristiliktəchizat"ın 956 - "Çağrı Mərkəzi"nə və ya cəmiyyətin rəsmi sosial şəbəkə hesablarına müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə