Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Səhiyyə Nazirliyinin təşəbbüsü ilə ölkənin bütün sakinləri “ağıllı” tibb kartları ilə təmin ediləcək.
Belə ki, “SmartHealthCard” layihəsinin birinci mərhələsi 2019-cu ilin birinci rübündə işə salınacaq, əvvəlcə xəstəxanalarda və ilkin tibbi yardım mərkəzlərində tətbiq ediləcək. Kartda içərisində pasiyentin əsas xəstəlikləri, qan qrupu, allergiyaları barədə məlumat, donor məlumatları və s. olan “ağıllı” çip yerləşdiriləcək. Yerdə qalan ümumi informasiya onlayn rejimində təqdim ediləcək. Həkimlər həmin informasiyadan smart-riderin köməyi ilə istifadə edə biləcəklər. Fövqəladə hallarda həkim istənilən Körfəz ölkəsində kartla əlaqə yarada bilər. Yeri gəlmişkən, “ağıllı” kart məlumatların məxfiliyini və təhlükəsizliyini təmin edir.
Bütün xəbərlər Facebook səhifəmizdə