19-29 iyul 2018ci il tarixdə Çexiya və Slovakiya Respublikalarında məktəbli şagirdlər arasında 50-ci Beynəlxalq Kimya Olimpiadası (İCHO2018) keçirilib. 4 şagird ilə həmin olimpiadada iştirak edən məktəblilərimiz növbəti uğura imza atıblar. SİA-nın xəbərinə görə, Bakı Şəhəri Akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin 11-ci sinif şagirdi Ramil Babazadə gümüş medal, Bakı şəhəri 160 nömrəli Klassik gimnaziyanın 11-ci sinif şagirdi Nəriman Mirişov və Lənkəran şəhər 4 nömrəli Humanitar liseyin 11-ci sinif şagirdi Turan Məmmədli bürünc medallara layiq görülüblər. Kimya-biologiya təmayüllü respublika liseyinin 10-cu sinif şagirdi Əli Əliyev olimpiadanın həvəsləndirici sertfikatına layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə