İçərişəhər turistlərin ən çox üz tutduğu məkana çevrilib - ÖZƏL
İçərişəhər illərdir ölkəmizə səfər edən turistlərin üz tutduğu məkana çevrilib. Bu qədim məkanda Şirvanşahlar Saray Kompleksinin dəbdəbəsi, Bəylər məscidinin huzur verən rahatlığı insanlara dinclik verir. Qız qalasının ölkəmizin, əsasən, paytaxtımızın simvolu olması bu qədim məkana heyranlığı daha da artırır. Ümumilikdə, 22 hektar sahəni əhatə edən və 500-ə qədər tarixi abidənin mövcud olduğu İçərişəhər hər bir ziyarətçi üçün ayrı-ayrılıqda gözəl və maraqlıdır. Tariximizi əks etdirən arxeoloji qazıntılar, qədim xalçalar isə əcnəbilərin daha çox marağını çəkməkdədir.
Azərbaycan mətbəxinin ləziz, təkrarsız dadı da ölkəmizə gələn turistləri heyran edir. Azərbaycanın ipək kəlağayısı, dadlı quru meyvələri, şəkərbura, paxlavası isə əcnəbi qonaqların ən çox aldığı məhsullardır.
Bütün xəbərlər Facebook səhifəmizdə