Liderlər görüşür UKRAYNA, TÜRKİYƏ, BMT

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Vladimir Zelenski və Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş gün ərzində Ukraynada görüşəcəklər. SİA xəbər verir ki, üçtərəfli görüşdə Ukraynadan taxıl ixracı və Zaporojye Atom Elektrik Stansiyası ilə bağlı narahatlıqlar müzakirə olunacaq. Görüş Ukraynanın Lvov şəhərində baş tutacaq. Görüşdən sonra Ərdoğan, Zelenski və Quterreş birgə mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, Ərdoğan Rusiyanın Ukraynaya müdaxiləsi ilə başlayan müharibədən sonra ilk dəfə Zelenski ilə üzbəüz görüşəcək. Ərdoğan Zelenski ilə birlikdə Türkiyə-Ukrayna münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsindəki bütün aspektlərini qiymətləndirəcək.

Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...