Vanqa hələ də rusların “ümidvericisidir”?

Rusiya Qərblə ümumi dil tapa bilməyəcək, lakin Çində özünə müttəfiq tapacaq

Etiraf edilməlidir ki, bolqar görücü Vanqanın proqnozları tez-tez gerçəkləşir. Xatırladaq ki, hələ COVID-19 pandemiyasından əvvəl onun dostu Sergey Kostornoy bütün dünyada insanların bu xəstəlikdən əziyyət çəkəcəyini söyləmişdi.

Qeyd edək ki, Vanqanın 2022-ci il üçün bir neçə öncəgörmələri var. SİA bu barədə rus saytına istinad edir.

Beləliklə, Vanqanın 2022-ci il üçün proqnozları:

- üçüncü dünya müharibəsi baş verməyəcək,

-2021-ci ildə dünyanı boğan dəhşətli təbii fəlakətlər geri çəkiləcək.

-Yakutiyada meşələr artıq yanmayacaq,

-Kanar vulkanları sakitləşib yuxuya gedəcək.

Maraqlıdır ki, bolqar görücünün bəzi proqnozları hələ də tutqun səslənir.

Diqqət yetirin:

-Bəşəriyyət uzun müddətdir ki, əbədi donda yatmış Sibirdən gələcək yeni bir xəstəliklə boğulacaq.

-Qlobal istiləşmə səbəbindən virus çıxacaq və insanların həyatına son qoyacaq.

...Amma insanlar bu şəraitdə yaşamağı öyrənəcək və bəlanın sonunu gözləyə biləcəklər.

Həmçinin, dünyanın bəzi regionlarında ciddi içməli su qıtlığı başlayacaq və Hindistan aclıqla üzləşəcək - bunun səbəbi isə anomal istilər olacaq.

Vanqanın öncəgörmələrinə istinad edən Rusiyanın “Beşinci kanal”ı Rusiyanın Qərblə ümumi dil tapıb yaxınlaşa bilməyəcəyini, lakin Çində özünə müttəfiq tapacağını bildirib.

Yeri gəlmişkən, hələ 1979-cu ildə Rusiyanın “Veçernyaya Moskva” nəşri Vanqanın guya uzun illər əvvəl Rusiyanın “şanlı gələcəyi”ndən danışdığı barədə yazı veribmiş.

Maraqlıdır ki, ruslar hələ də həmən yazıdan aşılanan fikirləri özləri üçün şüar tutub gedirlər: “Heç kəs Rusiyanı dayandıra bilməyəcək. Dünyanın tək super gücü və sahibi Rusiya olacaq”.

Qeyd edim ki, Vanqanın, guya ruslar barədə dediyi bu fikirlər, elə rusların özləri tərəfinfən də tirajlanır. Çünki bu fikirlər bolqar görücünün yazılı mənbələri arasında yoxdur, sadəcə olaraq, guya Vanqa bu fikirləri 1979-cu ildə onu ziyarət edən rus yazıçışı Valentin Sidorova deyib. Bəlkə də, bu gün ruslara “dünyaya sahib olacaqlarına inam” verən də elə budur.

...Amma, nə təəssüflər ki, ruslara belə bir gözəl müjdə gətirən Valentin Mitrafanoviç Sidorov “Rusların dünyada tək super güc və sahibi olduğu” günü görmədən 1999-cu ildə bu dünyadan köçdü.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə