Türkiyə Vətəndaşlığı ilə bağlı qanuna dəyişikliklər edildi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə “Resmi Gazete”nin 13 may tarixli sayında dərc olunan qərara görə...

Türkiyə Vətəndaşlığı Qanununun tətbiqi ilə bağlı əsasnamədə edilən dəyişikliklərlə əlaqədar Türkiyə Respublikası vətəndaşlığına keçid üçün tələb olunan 250 min dollar dəyərində daşınmaz əmlakın alınması tələbi 400 min dollara yüksəldilib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə “Resmi Gazete”nin 13 may tarixli sayında dərc olunan qərara görə, ev almaq üzərindən Türkiyə vətəndaşlığına keçid üçün təyin edilən 250 min dollar məbləği 400 min dollara yüksəldilib. Qərar bir ay sonra qüvvəyə minəcək.

Əsasnamədə edilən başqa bir dəyişikliklə ən azı 500 min dollar və ya onun xarici valyuta ekvivalenti məbləğində qatqı payı ilə özəl təqaüd sisteminə daxil olan və sistemdə 3 il qalan əcnəbilərə də Türkiyə vətəndaşlığı veriləcək. Qərar bu gündən qüvvəyə minir.

Bütün xəbərlər Facebook səhifəmizdə