Bəzi şəhərlərdə elektrik və su kəsilib

Yerrli vaxtla saat 01:08-də Yaponiyanın Kyuşu bölgəsinin cənubunda Hyuqa-nada dənizinin 45 kilometr dərinliyində 6,6 bal gücündə zəlzələ qeydə alınıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Oita, Miyazaki, Koçi və Kumamoto əyalətlərində intensiv şəkildə hiss edilən zəlzələdə Oitada 5, Miyazakidə isə 4 nəfər yaralanıb. Zəlzələ üçün sunami xəbərdarlığı verilməyib. Bəzi şəhərlərdə elektrik və su kəsilib. Bildirilib ki, bütün regionda Kyushu Electric Power (Kyuden) şirkətinin idarə etdiyi atom elektrik stansiyalarında anormallıq aşkar edilməyib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə