Dünən Parisin Bersi Parkında çadırlarda yaşayan qeyri-qanuni miqrantlara qarşı irqçi hücum olub. Çadırlarda yatan insanlara qılınc zərbələri ilə hücum edən şəxs və hadisə ilə bağlı istintaq başladılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, cinayətkar, mühacirlərin çadırlarını qılıncıyla kəsməyə başlayanda ona müdaxilə etmək istəyən 2 sudanlı mühaciri qılınc zərbəsi ilə yaralayıb.

Görüntülər hüquq müdafiəçilərinin reaksiyasına səbəb olub.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə