Bir milyard insan temperatur artımından təsirlənəcək

İngiltərə Meteorologiya Agentliyinin araşdırmasına görə, temperaturun 2 selsi artması bir milyard insanı risk altına salacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, qurumdan verilən açıqlamada bu risklə həyat itkisinin də olacağı vurğulanıb. Qurumda dərc edilən xəritədə, sözügedən məsələdə Afrika qitəsinin mərkəzi, Cənubi Amerika, Avstraliyanın şimalı və Tailand, Vyetnam və Malayziya kimi ölkələrin də risk altında olacağı proqnozlaşdırılıb.

Digər tərəfdən araşdırmada temperatur artımının dünya əhalisinin yarısını risk altında qoyduğu ifadə edilib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə