“Squid Game”in Halloven geyimləri qadağan olunub

ABŞ-ın Nyu-York ştatında məktəblərdə zorakılığa meyillilik səbəbi ilə cənubi koreyalı rejissor Hvan Don-hekanın "Kalamar oyunu" ("Squid game") serialının Halloven geyimlərindən istifadə qadağan edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, serial ən çox Cənubi Koreyadakı sosial problemlərdən bəhs edir. Məktəb rəhbərliyi şagirdlərin valideynlərinə göndərdiyi mesajda kostyumların uşaqların psixologiyasına mənfi təsir etdiyini bildirib.

Müəllimlər valideynlərə şagirdlərin serialı təqlid edən oyunlar oynamağa başladığı barədə xəbərdarlıq edib və serialın 17 yaşdan yuxarı şəxslər üçün uyğun olduğunu qeyd ediblər. Lakin, bütün bunlara baxmayaraq valideynlər bu qadağaya etirazlarını bildiriblər. Bunun sadəcə bir geyim olduğunu deyiblər və müəllimlərin fikrini nəzərə almayıblar.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə