Türkiyə və Rusiyaya məxsus iki yük gəmisi toqquşub FOTO

İstanbulun şimalında, Qara dəniz sahilində Türkiyə və Rusiyaya məxsus iki quru yük gəmisi toqquşub.

SİA-nın məlumatına görə, hadisə İstanbulun Yeniköy yaxınlığında baş verib.

Qeyd olunur ki, Türkiyəyə məxsus 90 metr uzunluğunda "Tahsin İmamoğlu" və Rusiyaya məxsus 128 metr uzunluğunda "Rusiç 10" gəmiləri toqquşub.

Hadisə yerinə bir neçə xilasetmə və buksir qayıqları göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...