Avropada ilk üçlükdə olan laboratoriya

İstanbul Sağlamlıq Müdirliyi tərəfindən Türkiyədə ilk dəfə həyata keçirilən ISLAB layihəsi ilə İstanbulda 8 laboratoriya eyni dam altında bir araya gətirilib və 4 mərkəzi laboratoriya qurulub. SİA xarici mətbuata istinadən xəbər verir ki, İstanbulda 54 dövlət xəstəxanası və 4500-ə yaxın ailə həkimi tərəfindən tələb olunan bütün testlər kuryerlər tərəfindən bu 4 laboratoriyaya göndərilir. Səhər test verən xəstənin nəticələrini ən gec günorta saat 15:00 -da ala bilməsi təmin edilir. Qanuni Sultan Süleyman Təhsil və Araşdırma xəstəxanası çərçivəsində qurulan ISLAB-4, gündə 500 mindən çox test tutma qabiliyyətinə malik 4 laboratoriyadan ən böyüyüdür. İstanbul Sağlamlıq Müdirliyi Laboratoriya koordinatoru dos.dr. Cemal Kazezoğlu, gündə 200 min nümunənin işlənə biləcəyi ISLAB 4-ün, test qabiliyyətinə görə Avropada ilk 3, dünyada ilk 10 arasında olduğunu vurğulayıb.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə