Türkiyənin şimal-qərbindəki Tuzla qəsəbəsində qatar qəzası olub.
SİA-nın məlumatına görə, Adapazarı-Pendik marşrutu ilə hərəkət edən sərnişin qatarı stansiyada dayanmış sürət qatarı ilə toqquşub.
Qeyd olunur ki, maşinistin qatarı vaxtında dayandıra bilməsi sayəsində toqquşma ciddi olmayıb. Hadisə nəticəsində bir neçə sərnişin xəsarət alıb.
Dəmir yolunda qatarların hərəkəti məhdudlaşdırılıb. Qəzanın fəsadlarının qısa müddət ərzində aradan qaldırılacağı bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB