Çin ABŞ-ı yeni növ koronavirusun mənşəyi ilə bağlı araşdırmaları siyasiləşdirməkdə günahlandırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Çin Xarici İşlər Nazirliyinin Baş direktoru Səfir Fu Cong keçirdiyi brifinqdə ABŞ haqqında açıqlama verib.
O bildirib ki, ABŞ kəşfiyyatının Covid-19-un mənşəyi ilə bağlı hesabatını açıqlamadan əvvəl ABŞ-ın Çini günahlandıraraq pandemiyanın mənşəyini tapmaq əvəzinə hadisəni siyasiləşdirdiyini söyləyib: “Çini günah keçisi kimi göstərmək, ABŞ-ın günahsız olduğunu göstərməz, əgər Çini əsassız olaraq ittiham etmək istəyirlərsə, Çinin əks-hücumuna hazır olmalıdırlar”.
Qeyd edək ki, ÜST nümayəndə heyəti Vuhana getmişdi. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndə heyətinin Vuhanda araşdırmalar aparmasına icazə vermişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB