Etdiyi "Tattoo" dünya gündəmində

İtaliyada 22 yaşlı bir universitet tələbəsinin qolunda olan peyvənd sertifikatlı barkod döyməsi gündəmə gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yeniyetmə dərhal sosial media fenomeninə çevrilib. İtaliyada universitet tələbəsi Andrea Colonnettanın qolunda koronavirus sertifikatı barkod döyməsi döydürüb. 22 yaşındakı Colonnetta barkod döyməsini vurdurmadan əvvəl bu mövzuda çox düşünmədiyini, ancaq tatuisti ilə danışdıqdan sonra bu seçiminə qərar verdiyini bildirib. İtaliya mətbuatına danışan gənc, "Qəti şəkildə orijinal bir şey etməyi üstün tutdum, fərqli olmağı sevirəm" deyib.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə