Güclü leysan yağışları gözlənilir

Yaponiyada Fukuoka və Xiroşima daxil olmaqla bir çox prefekturada ən yüksək səviyyəli yağış xəbərdarlıqları edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, pis hava şəraitində Naqasaki prefekturasında torpaq sürüşməsi iki evin uçmasına səbəb olub. Nəticədə bir qadın ölüb, qadının əri və qızı isə itkin düşüb. Bölgədəki xilasetmə işlərinə kömək etmək üçün 150-dən çox əsgər, polis və yanğınsöndürən göndərilib. Yerli bir səlahiyyətli açıqlamasında bunları deyib:"Güclü yağışın davam etməsi ilə əlaqədar olaraq daha çox sürüşmə olacağını gözləyirik, bir yandan da itkin düşən sakinləri axtarırıq." Ölkənin ən çox zərər görən hissəsi Qərb regionları olsa da, önümüzdəki günlərdə ölkə daxilində güclü leysan yağışları gözlənilir.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə