Paşinyanı tənqid etdiyi üçün konfrans zalından çıxarıldı

Ermənistan parlamentinin spikeri Alen Simonyan müxalifətçi deputat Anna Mkrtçyanı respublikanın baş naziri Nikol Paşinyanı tənqid etdiyi üçün konfrans zalından çıxarıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, millət vəkili daha əvvəl Paşinyanı "təslimçi" adlandırıb.

Simonyan Mkrtçyana deyib: "Artıq sizə xəbərdarlıq etmişəm. İndi sizdən konfrans zalını tərk etməyinizi xahiş edirəm. Əks halda təhlükəsizlik işçiləri sizi çıxaracaqlar".

Deputat jurnalistlərə müsahibəsində parlament sədrinin hərəkətlərini "özbaşınalıq" adlandırıb.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə