Su çiçəyi xəstəliyi yoxsa delta variantı daha yolxucudur?

Amerika Birləşmiş Ştatları Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi tərəfindən edilən hesabatda koronavirusun Delta variantının suçiçəyi qədər yoluxucu olduğu bildirilib. SİA xəbər verir ki, hesabatda delta variantına qarşı peyvənd vurduqda təmin edilən antitel yüksək olduğu, ancaq ağır xəstəliklərin, xəstəxanalara yerləşdirilmələrin və ölümlərin qarşısının alınmasında yüksək təsirli olduğu ifadə edilib. Hesabata görə, Delta variantı MERS, SARS, Ebola, soyuqdəymə, mövsümi qrip və çiçək xəstəliyinə səbəb olan viruslardan daha çox yoluxucudur. Mərkəzin direktoru Roçel Valenski, "Nyu York Tayms" qəzetinə verdiyi açıqlamada, yeni araşdırmanın Delta variantına yoluxmuş peyvənd edilmiş insanların burnunda və boğazında yüksək miqdarda virus daşıdığını təsbit etdiyini söyləyib.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə