Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı edib. SİA-nın verdiyi məlumata görə, Kreml Sarayından verilən yazılı açıqlamaya görə, Ərdoğanla Putin arasında telefon danışığı zamanı Türkiyədəki meşə yanğınları müzakirə edilib.

Sözügedən təbii fəlakətlə mübarizədə iki ölkə arasında qarşılıqlı fəaliyyətin əhəmiyyətinə diqqət çəkilən görüşdə Putin, yanğınların söndürülməsində Türkiyəyə kömək etməyə davam edəcəklərini bildirib. Rusiya ilə Türkiyə arasındakı əlaqələrin də müzakirə edildiyi görüşdə dünən paytaxt Moskvada keçirilən 17-ci Türkiyə-Rusiya Hökumətlərarası Birgə İqtisadi Komissiya (KEK) toplantısının müsbət keçdiyi vurğulanıb.

Görüş zamanı tərəflər ticarət, iqtisadiyyat, enerji və digər sahələrdə razılaşmaların həyata keçirilməsi üçün birgə işlərin davam etdirilməsi ilə əlaqədar olduğunu ifadə edərək təmasların müxtəlif səviyyələrdə davam etdirilməsi barədə razılığa gəlib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə