Türkiyəyə dost ölkədən dəstək

Türkiyənin Marmaris mahalında dünən başlayan meşə yanğınının söndürülməsi üçün işlər davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, türkiyəli nazir Pakdemirli 57 yanğının nəzarət altında olduğunu və bütün aktiv yanğın ərazilərində yaxşı bir irəliləyiş olduğunu bildirib. Alovlar qətiyyətlə davam edərkən, Türkiyədəki yanğınları ən qısa müddətdə nəzarət altına almaq üçün qonşu ölkələrdən kömək gəlir.

Ukraynanın Baş naziri Vladimir Zelenski dünən "tvitter"də etdiyi açıqlamada Türkiyə üçün ən xoş arzularını çatdırıb. O, yanğınsöndürmə təyyarələrinin Türkiyəyə doğru hərəkət edəcəyini də açıqlayıb. Zelenskinin mesajında belə deyilir: "Böyük yanğınlar üçün dostum Prezident Rəcəb Tayyib Ərdoğana səmimi başsağlığı çatdırdım. Yanğınsöndürən təyyarəmiz sabah Türkiyəyə uçacaq. Ukrayna xalqı bu çətin anda dost Türkiyə xalqı ilə birlikdə dayanacaq".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə